Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sevinc Kazımova: "Bəzi həvəskar bəstəkarlar insanların zövqünü korlayır" - MÜSAHİBƏ

Müsahibə
Sevinc Kazımova: "Bəzi həvəskar bəstəkarlar insanların zövqünü korlayır"     - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi məşhur qonağım rubrikasının bu dəfəki qonağı gənc bəstəkar, Beynəlxalq Müsabiqələr laureatı, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Sevinc Kazımova oldu.

 

Sevinc xanım saytımıza özəl müsahibə verdi.

 

- Sevinc xanım, musiqi bəstələyən zaman ən çox hansı musiqi növünə üstünlük verirsiniz? Nikbin yoxsa, bədbin notlar? 

 

- Bu sualın cavabını dəqiq verə bilməsəm də, onu deyə bilərəm ki, musiqinin nikbin və ya bədbin notlar əsasında bəstələnməsi mənim o andakı duyğularımdan, hislərimdən, əhval-ruhiyəmdən asılıdır. Bu faktor düşündüyüm situasiyaya görə dəyişir. Amma etiraf etmək lazımdır ki, ruhuma ən çox yaxın klassik üslubda lirik janrda olan bəstələrdir. Lirik janr duğularımı, düşüncələrimi özündə daha yaxşı təcəssüm etdirir. Ruhuma bir addım daha yaxındır.

 

- Uğurlarınızı kimə və yaxud nəyə borclusunuz? Bu yolda ən böyük dəstəkçiniz kim olubdur?

 

- Əldə etdiyim uğurlara görə təbii ki, ailəmə və müəllimlərimə borcluyam. Xüsusilə mənə bu sənətin sirlərini öyrədən, üzərimdə əməyi olduqca böyük olan müəllimim Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor, bəstəkar-pianoçu Ceyhun Allahverdiyevə borcluyam. Eləcə də SSRİ və Azərbaycanın xalq artisti, dünya şöhrətli professor Arif Məlikovdan təhsil almışam. Bu timsalda Üzeyir Hacibeyov , Qara Qarayev, Soltan Hacıbəyov, Fikrət Əmirov, eləcə də Qərbi Avropa bəstəkarları Bax, Raxmaninov, Brams , Bartok mənim mənəvi müəllimlərimdirlər. Hər zaman onlara istinad edərək, onlardan nümunə götürərək, həmin səpkidə əsərlərimi yazmışam. Həmçinin bu yolda ən böyük dəstəkçim anamdır. Bilirik ki, insan həyatında mənəvi dəstəyin rolu böyükdür. Uşaqlıq illərimdən istedadımı dəstəkləyib, irəli addımlamağıma kömək olubdur.

 

- Hər şeirə mahnı bəstələmək olurmu? Ümumiyyətlə hansı tip şeirlərə musiqi bəstələnir? 

 

- Təbii ki, hər bir şeirə mahnı yazmaq mümkünsüzdür. Çünki şair onu yazanda düşünmür ki, nə vaxtsa ona mahnı yazılacaq. Yəni "mahnı yazılacaq" düşüncəsi ilə yazmır onu. Musiqiyə uyğun olan şeir ahəngdar olmalıdır. Sözlər musiqiyə uyğun olmalıdır. Bu çox vacib nüansdır. Elə şeir var ki, gözəl şeir olsa da, onda musiqi ruhu yoxdur. Musiqiyə yazılan şeirin çox tələbləri var. Həm sözlər, həm musiqi bir-birilə sıx bağlı olmalıdır. Məhz bu kriteriyaları düşünərək, bir daha onu deyə bilərəm ki, hər şeirə mahnı yazmaq olmur.

 

- Sizə uğur gətirən hansı işiniz olub? 

 

- Hər bir əsərin mənim üçün ayrı bir yeri var. Hər biri fərqli janrlardadır, hər biri müxtəlif hislərdən bəhs edir. Qeyd etmək istərdim ki, bəstələdiyim bir çox əsərlərim konsert salonlarında mənə uğur gətiribdir. Amma ən çox mənə uğur gətirən Macarıstanın "Balatonfüred" şəhərində keçirilən "Renaissance" 17-ci Beynəlxalq müsabiqəsinə qatıldığım, özümün qələmə aldığım " 3 Hissəli Simli kvartet" olubdur. Bu əsərimlə 1-ci dərəcəli laureat adına, qızıl medala layiq görülmüşəm. 

 

- Bu sənətdə arzularınıza çatmısınızmı? Ümumiyyətlə, sənətlə bağlı hansı həfəf, məqsəd, arzularınız var?

 

- Düzünü desəm, hələki sənətlə bağlı istədiyim arzulara çatmamışam. Hədəf və məqsədlərimdən biri diplom işim olan Böyük Simfonik Orkestr üçün yazdığım "3 hissəli Simfoniya"mı böyük səhnələrdə eşitməkdir. 

 

- Son zamanlar sizi narahat edən hansı məqamlar var? 

 

- Bugün gənc bəstəkarlar çoxdur. Təbii ki, onlar arasında akademik təhsili olanlar da var, olmayanlar da var. Akademik təhsili olmayan bəstəkarlar həvəskar bəstəkarlardır və yazdığı musiqilər bəzən Azərbaycan milli musiqi ideologoyasına yad olur. Buna görə də insanların zövqü korlanır. Bunun bir səbəbi də efirlərdə bədii şuranın, senzuranın olmamasıdır. Subyetik fikrim budur ki, bədii şura bərqərar olsa, bu problem aradan qalxar. Bizim dövlətimiz, xüsusilə də Heydər Əliyev Fondu bizi diqqətdən kənarda qoymur. Həvəskar bəstəkarları bayağılıqdan əl çəkərək, akademik təhsil almağa səsləyirəm. Milli musiqimizin banisi Üzeyir Hacıbəyovun qoyduğu səltənəti göz bəbəyi kimi qorusalar, hər şey gözəl olar. Qəlbən inanıram ki, bir gün bu məsələlər həll olunacaq. Cəmiyyətimizdəki bəzi problemlər aradan qalxacaq və biz gənc bəstəkarlar da daha həvəslə, qətiyyətlə çalışaraq insanların qəlbinə yol açacıq.

 

- Musiqilərinizi hansı şəraitdə bəstələyirsiniz?

 

- Bəstələdiyim musiqiləri adətən gecələr yazıram. Əminəm ki, yaradıcı insanların hamısında belədir. Gecənin sükutu, göydəki ayın nuru ilə zülmət qaranlığın sintezi nəinki bəstəkara, bütün yaradıcı insanlara ilham mənbəyidir. Eləcə də mənim üçün.

 

- Sevinc xanım, musiqi bəstələn zaman hansı prinsiplərə əsaslanırsınız? 

 

- Hər bir bəstəkarın öz mövqeyi, dəstixətti olur. Bu da müxtəlif prinsiplərə əsaslanır. Baxmayaraq ki, daha çox ciddi janra müraciət edirəm, amma ki, vokal, mahnı janrına da müraciət edirəm. Bu səpkidə bir çox əsərlərin müəllifiyəm. Mənim əsas mövqeyim klassik çərçivədə müasir musiqi yaratmaq və milli kökləri qorumaqdır. Dövrün nəbzini tutaraq, klassik musiqinin aktuallığını qoruyub saxlamaqdır. Və bu prinsipi müxtəlif janrlarda yazdığım əsərlərdə duymaq mümkündür. 

 

- Konsertlərdə, müsabiqələrdə başınıza hansı maraqlı hadisə gəlib?

 

- Əslində çox hadisə olmayıb. Amma biri yadimdadır ki, konsert proqramlarının birində məni təqdim edirlər ki, "Çıxış edir Sevinc Kazımova" və mən səhnəyə daxil olub baş əymək istəyirdim ki, az qaldı sürüşüb yıxılım yerə. Amma yaxşı ki, vəziyyətdən çıxa bildim. Və ən əsası da heç nə olamamış kimi davam etdim. Amm etiraf etmək lazımdırsa, çox qorxmuşdum.

 

Musa Qasımzadə

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla