Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanda koronavirus diaqnozu qoyan həkimə 6 min manat pul verilir? - AÇIQLAMA

Cəmiyyət
Azərbaycanda koronavirus diaqnozu qoyan həkimə 6 min manat pul verilir? -     AÇIQLAMA

Artıq bir müddətdir ki, sosial şəbəklərdə bəzi həkimlərin müxtəlif xəstəlikdən ölən şəxsləri koronavirusdan ölmüş kimi qeydiyyata alınması müqabilində onların yaxınlarına pul təklif etmələri haqda məlumat yayılır. İddia edilir ki, bu həkimlər ölən şəxsin qohumlarına bunun əvəzində 400-500 manat civarında pul təklif edirlər.

 

Buta.ws xəbər verir ki, ötən gün isə daha bir iddia yayılıb. Bildirilir ki, hər bir koronaviruslu xəstə aşkar edən tibbi personala 3000-6000 manat məbləğində pul verilir, buna görə də tibb personalı bu “pripiska”larda maraqlı olur. Məsələ ilə bağlı "axar.az" saytına danışan tibb üzrə professor Adil Qeybulla bildirib ki, belə bir fakt varsa, müvafiq orqanlar tərəfindən araşdırılmalıdır:

 

“Həkimlərin öz maraqlarına görə bu addımı atması inandırıcı görünmür. Koronavirusla mübarizə aparan həkimlərin maaşlarının artırılması ilə bağlı Prezidentin müvafiq sərəncamı var. İstər bir xəstə olsun, istər beş xəstə - neçəsinin ölüb, neçəsinin sağ qalmasından asılı olmayaraq, həkimlərin maaşları ilə bağlı bu qərar verilib. Yəni həkimin bu artırılmış maaş almaq üçün belə bir addım atması inandırıcı deyil. Söhbət hansısa statistikadan da gedə bilər, ancaq bu da məntiqli görünmür”.

 

A.Qeybullanın sözlərinə görə, rəqəmləri bilərəkdən şişirtmək dövlət qurumlarının da xeyirinə deyil:

 

“Mən də bu şayiələri eşitmişəm, ancaq inanmıram. Əgər bu cür söz-söhbətlər varsa, araşdırılması vacibdir. Jurnalist araşdırması da aparılmalıdır. Hansı ailə iddia edirsə ki, ona belə təklif gəlib, bu barədə danışsın. Müvafiq orqanlar məsələnin üzərinə düşməli və araşdırmalıdır. Öyrənilməlidir ki, burada məqsəd nədən ibarətdir. Çünki bu addımın məqsədi məlum deyil”.

 

Respublikanın Baş infeksionisti, Operativ Qərargahın üzvü Cəlal İsayev isə bildirib ki, bu cür şayiələrə fikir vermək lazım deyil:

 

“Bu, şayiədir və belə bir şey ola bilməz. Hansı həkim gördüyü işin üstündən xətt çəkər? Həkimlərimiz o vəziyyətdir ki, belə bir işə əl atırlar? Bu faktın heç araşdırılmasına da ehtiyac yoxdur. Ortada belə bir şey yoxdursa, nəyi araşdırsınlar? Azərbaycanda belə bir hadisə baş verməyib”.

 

Zəruri olaraq qeyd edək ki, ölən doğmasına görə belə bir təklifi şəxsən aldığını iddia edən hələlik heç kim yoxdur. Bütün iddialarda “kiminsə tanışı yaxın adamına belə bir təklif gəldiyini” deyir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla