Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Nəzakət Teymurova: "Muğam bizim üçün ana laylasıdır" - MÜSAHİBƏ

Müsahibə
Nəzakət Teymurova: "Muğam bizim üçün ana laylasıdır"     - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi "Məşhur qonağım" rublikasının bu dəfəki qonağı xalq artisti, hamımızın sevimlisi Nəzakət Teymurova oldu.

 

Nəzakət xanım saytımıza özəl müsahibə verdi. 

 

- Nəzakət xanım, televizayadan, mediadan uzaqsınız. Bunun səbəbi nədir? Mediadan, verilişlərdən nə kimi narazılığınız var?

 

- Ona görə verilişlərə çıxmıram ki, o veriliş mənim gördüyüm işlərə, mənim şəxsiyyətimə, sənətimə layiq deyil. Mən özümü o verilişlərdə görmürəm. Tez-tez televiziyada görünməyin də tərəfdarı deyiləm. Hər gün fonaqramı da götürüm, çıxım verilişlərə, mən onun sevmirəm. Mən sənətimlə, yeni layihələrimlə, konsertlərimlə birgə verilişlərə çıxıb, bir növ tamaşaçılara hesabat verməyi üstün tuturam. Hər gün boş-boş efirə çıxmağın mənası yoxdur. Mən sənətə gələndən sənətimi ucuz satmamışam. Gündəmdə olmaq sənətkarlıq deyil. Hər gün plan şəklində olan verilişləri bəzəmək mənlik deyil. Şəxsiyyətimə, sənətinə hörmət qoyan bir insan olduğuma görə, özümü hər verilişdə görmürəm. Həmçinin hər kəslə mən efirə çıxmıram. Elə insanlar var ki, onlarla efirə çıxmaq olmaz.

 

- Ramiz Rövşənin yubileyinə həsr olunmuş çox gözəl layihə və konsert proqramı hazırlamışdınız. Bəs konsert zamanı hansı şeirə bəstələnən musiqidə Nəzakət Teymurovanın həyatının bir çox məqamını tapdınız?

 

- Ramiz Rövşənin bütün şeirləri daima öz aktuallığını qoruyub saxlayır, həmçinin bir çox dərin mənanı özündə təcəssüm etdirir. Onun əsərlərini oxuduqca daha da dərk edirsən. Bir qadın kimi, vətəndaş kimi, sevgili kimi özünü şeirlərdə tapırsan. Bu konsertdə Ramiz müəllimin müxtəlif mövzulara həsr olunan çox tanınmayan şeirləri təqdim olundu. Bu işin içində olanda şeirləri yaşayırsan. Ramiz müəllimlə işləmək bizə çox xoş oldu. Eyvaz Haşımov tərəfindən 3-4 ay ərzində şeirlərə mahnı bəstələndi."Xarı Bülbül" muğam qrupu, "Hicaz" qrupu və bədii rəhbərləri Əliağa Sədiyev və Eyvaz Haşımovla birlikdə konsert proqramımız baş tutdu. Şükür Allaha ki, konsert proqramı tamaşaçılar tərəfindən də xoş qarşılandı. Ramiz Rövşənin əsərlərində ikimənalılıq var. Demək olar ki, bütün şeirlərində özünü tapırsan. O əsərləri anlamaq üçün, dərk etmək üçün dərin hislər və düşüncə lazımdır. 

 

- Gənc nəsildə bayağı müsiqilərə yaranan meyilin səbəbi nədir? Demək olar ki, bir çox gənclər muğamdan yan qaçır.

 

- Muğam bizim üçün ana laylasıdır. Muğam riyaziyyata bənzəyir. Öyrəndikcə böyüyürsən, pillə-pillə qalxırsan. Dinlədikcə musiqi duyumun güclənir. Ola bilsin ki, müasir gənclər musiqinin yüngül tərzini sevib, dinləyirlər. Muğam bizim canımızdır, qanımızdır, muğam bizim özümüzük. Baxın, vətənimizin, Azərbaycanın nə gözəl təbiəti var, nə gözəl dilbər guşələri var. Torpağı, havası, meşəsi insanı valeh edir. Eynilə, muğam da elədir. Hər insan muğamatı dərk edə bilmir. Muğamatdakı dərinliyə enə bilmir. Həs insan muğamatı sevə bilməz. Muğam o qədər də təbliğ olunmur. Digər musiqilər daha tez yayılır və daha tez anlaşılır. Amma muğamatı dərk etmək üçün illər lazımdır. Gənc nəsil isə daha tez qavranılan musiqiləri seçir və sevirlər. Şüurlu və dərrakəli beyin muğamatı sevir və dərk edir. Muğamatı dərk etmək, anlamaq hər kəsə nəsib olmur. Həmçinin bunu mən bölgələrlə də əlaqələndirirəm. Elə bölgələrimiz var ki, orada aşıq sənətinə, saza üstünlük verirlər, elələri də var ki, orda muğam daha üstündür və orda gözəl xanəndələr yetişir. 

 

- Bəzən görürsünüz ki, sosial şəbəkədə sənətkarla qarşı xoşagəlməz rəylər yazılır. Bunlara münasibətiniz nədir? Sizə qarşı olanda cavab verirsinizmi?

 

- Bu məsələlərə görə çox müsahibə vermək istəmirəm. Sosial şəbəkədə oturub, başqa adla ora girənlər öz tərbiyəsini nümayiş etdirir. Elə ona görə də çox müsahibə vermirəm ki, sosial şəbəkədə paylaşanda bəziləri sənətkarlığıma, şəxsiyyətimə toxunan sözlər istifadə edir. Bu təkcə mənə qarşı olmur. Demək olar ki, bir çox sənətkarların şəkilləri, musiqiləri, müsahibələrinin altında nalayiq sözlər yazırlar. Sənətkarların işlərini, şəxsiyyətlərini öz düşüncələrində alçaldırlar. Mən anlamıram ki, insanlardakı bu aqresiya nədir? Elə mesajlara cavab verməyi də üstün tutmuram, çünki o mesaja baxanda həmin insanın ailə tərbiyəsi aşkar olur. İşsiz, gücsüz insanlar oturur sənətkarlara toxunurlar. Mənim də xoşuma gəlməyən insanlar var, sənətkarlar var. Baxıb keçərəm, heç vaxt da heç nə yazmaram. O insanlar aciz adamlardır ki, başqasının müsahibəsinin, xəbərinin altında öz səviyyəsini göstərərək xoşagəlməz sözlər istifadə edirlər. Ona görə də onlara cavab vermək lazım deyil. 

 

Musa Qasımzadə

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla