Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Hikmət Amanov: “Həmin yemək mənim vizit kartımdır” - MÜSAHİBƏ (FOTOLAR)

Müsahibə
Hikmət Amanov: “Həmin yemək mənim vizit kartımdır”     - MÜSAHİBƏ (FOTOLAR)

“Hər bir aşpaz işinə qiymət verməlidir”.

 

Buta.ws-in bu dəfəki qonağı gənc və istedadlı aşpaz Hikmət Amanovdur.

 

Hikmət bəy, özünüzü təqdim edin...

 

- Amanov Hikmət Rauf oğlu. 23 yaşlı bir gənc. O gənc ki, Sumqayıt şəhərində yaşayır. Zaraftcıl, deyib-gülən insanam. Həyata baxışım və düşüncələrim fərqlidir.

 

Niyə aşpazlıq?

 

- 13-14 yaşım olanda və mən evdə tək qalanda özüm üçün yeməklər hazırlayırdım. Yeməklər hazırladıqca maraq yarandı, sonra bu maraq daha da artdı və mən aşpazlığı sevdim.

 

- Milli və dünya mətbəxinə dair yeməklər hazırlayırsınız. Hansı sizə daha çox zövq verir?

 

- Tam səmimi etiraf edəcəm, dünyanın hansı mətbəxi olursa, olsun, milli mətbəximiz dad, gözəllik baxımından mənə görə fərqlidir. Bəli, mən aşpazam, istər dünya, istərsə də milli mətbəxi bilməliyəm. Hazırda dünya mətbəxi üzrə yeməklər hazırlayıram. Hər ikisi mənə zövq verir, lakin milli mətbəx bir az üstünlük təşkil edir.

 

- Maraqlı və qeyri-adi əl işləriniz var. Xüsusi dekorlu yeməkləri sifariş üçün hazırlayırsınız, yoxsa özünüz boş zamanınızda?

 

- Hazırladığım isti yeməklər, salatlar, desertlərdə hər zaman ilk növbədə görünüşə fikir vermişəm. Mənim üçün birinci görünüşdür, daha sonra yeməyin dadı. Gözəl görünüşlü yemək xüsusilə seçilir. O ki, qaldı dekorlu qidalara, sifarişlə hazırlayıram. Lakin boş zaman olanda özüm və ailəm üçün də edirəm.

 

Belə bir fikir var ki, kişilər ən yaxşı aşpazlardır. Bununla razısınızmı?

 

- Bu fikirlə həm razıyam, həm də yox. Razı olmadığım tərəfi deyim. Mən aşpazam, gözəl yeməklər bişirirəm, amma evə gələndə kimin bişirdiyi yeməkləri sevərək yeyirəm? Anamın. İnsanın anasının bişirdiyi yeməklər ona daha dadlı gəlir, həmin yeməkləri yeyəndə insan özünü xoşbəxt hiss edir.

 

- Karyeranızda elə bir hal olubmu ki, sifarişin hazırlanmasında çətinlik çəkəsiniz?

 

- Sənətə yeni başlayanda yandırdığım yeməklər də olub. Aşpaz üçün əsas olan odur ki, etdiyi səhvi bir də təkrarlamasın. Aşpaz yeməklə bağlı hansısa bir səhv edə bilər, lakin o səhvdən nəticə çıxarmalıdır.

 

- Azərbaycan mətbəxi indi hansı mərhələdədir? O, dünya mətbəxini nə ilə qabaqlayır və ondan nə ilə geridə qalır?

 

- Dünya mətbəxini bu qədər də böyütmək lazım deyil. Hər bir ölkənin öz mətbəxi var və o mətbəxin də öz zənginliyi. Mənə görə, Azərbaycan mətbəxi özünün səciyyəvi yeməkləri və həmin yeməklərin dadı baxımından öndədir.

 

- Kulinar verilişləri izləyirsiniz?

 

- Vaxt olduqca izləyirəm. Aşpazlar vaxtının çoxsunu işdə keçirdiklərindən bir o qədər də sərbəst ola bilmirlər. Mənim də az vaxtım olduğundan çox da izləyə bilmirəm.

 

- Ən sevdiyiniz yemək hansıdır?

 

- Ən sevdiyim bir yemək var, lakin adını söyləməyəcəm. Həmin yemək mənim vizit kartımdır. Yeni bir işə bu yeməyi bişirməklə başlayanda uğurlu olur.

 

- Mətbəxdə nəsə hazırlayarkən özünüzü tamamilə xoşbəxt hiss etdiyinizi deyə bilərsiniz?

 

- Aşpazlıq sənətini sevən insanlar məni tam dəqiq başa düşə bilər. O ki, hansısa bir yeməyi və ya salatı hazırlayanda  həmin yeməyə o qədər sevgi qatırsan, adam özünü xoşbəxt hiss edir. Dediklərimi işini sevən hər bir aşpaz hiss edir.

 

- Yeni yeməklər hazırlayırsınız?

 

- Sırf öz ideyam olan yeməkləri menyu halında tərtib etmişəm. Fikrimcə, biz, aşpazlar dadlı, gözəl görünüşlü yeməkləri hər dəfə yenidən kəşf etməliyik.

 

- Sizcə, aşpaz üçün ən vacib şey nədir?

 

- Hər şeydən öncə aşpaz təmizliyə diqqət yetirməlidir. Daha sonra hər bir aşpaz işini sevməlidir, işinə qiymət verməlidir. İşini sevmək ona qarşı hörmət etmək deməkdir. Bunlar başlıca və vacib məqamlardır.

 

- Hikmət bəy, dəvətimi qəbul edib müsahibə verdiyiniz üçün təşəkkür edirəm.

 

- Siz sağolun.

 

Rövşən Tahir

 

amanovhikmet_

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla