Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Sevda nişanlısı ilə ilk dəfə şəklini paylaşdı: “İnsan sevdiyi zaman...” - FOTO

Maqazin
Sevda nişanlısı ilə ilk dəfə şəklini paylaşdı:     “İnsan sevdiyi zaman...” - FOTO

“Sevgi nəyə deyirsən sən? Hər kəs bu sözün mənasını özünəməxsus şəkildə dərk edir. Kimsə onu arzulayır, kimsə ondan qaçır, kimsə inkar edir, amma bunlara baxmayaq, hamı məhz onun axtarışındadır”.

 

Buta.ws Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri bir neçə ay öncə gizli şəkildə nişanlanan müğənni Sevda Yəhyayeva nişanlısı Zakir Bayramovla birgə royal önündə çəkdirdiyi fotoya şərh bildirərkən yazıb.

 

Sənətçi nişanlısına olan sevgisini bu sətirlərlə qələmə alıb:

 

“İnsan onsuz yaşaya bilmir. Bəzən biz ondan qaçır, bəzən isə onu qəbul etmirik. Məncə, bu bir insanın başqa birinə hiss etdikləridir. Bunu sözlə ifadə etmək olmur. İnsan sevdiyi zaman həqiqətən də xoşbəxtdir. Sanki sən yenə qanadlanmış ve dağları belə yarmağa hazırsan. Lakin sevgi yalnız bu deyil, bu həmçinin qayğı, dözüm, qarşılıqlı anlam, sevinc və hətta kədərdir.

 

Sevginin mahiyyəti sevdiyin insanı olduğu kimi, yəni bütün mənfi və müsbətləri ilə qəbul etməkdir. Görünür ki, sevgi bir sirrdir və bu sirri heç kim hələ çözə bilmir. Bunu mən belə anlayıram, sevgi biganəlik deyil. Sən bu istini, sevinci hiss etdikdə anlayırsan ki, onunla keçən hər saniyə boş itirilmiş zaman deyil.

 

Sən ona yaxşılıq və hər zaman xoşbəxtlik arzulayırsan, kömək etmək istəyirsən. Buna sevgi deyirlər. Bəs sən sevgini nəyə deyirsən?”

 

Diqqət çəkən məqam S.Yahyayevanın nişanlısı Z.Bayramovun da “Instagram” hesabında müğənnin paylaşdığı eyni şəkillərin və sevgi şərhinin yer alması olub.

 

Qeyd edək ki, müğənni Sevda Yahyayeva Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı “Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır. Cütlüyün nişanı mart ayında baş tutub.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla