Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Afət Fərmanqızı: "İnstagramda mənə təhqir yazanlar məni görəndə qucaqlayıb öpüb, şəkil çəkirlər" - MÜSAHİBƏ

Müsahibə
Afət Fərmanqızı: "İnstagramda mənə təhqir yazanlar məni görəndə qucaqlayıb öpüb, şəkil çəkirlər"    - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi "Məşhur qonağım" rubrikasının bu dəfəki qonağı sevimli və tanınmış müğənni Afət Fərmanqızı oldu. 

 

Afət xanım saytımıza özəl müsahibə verdi. 

 

- Afət xanım, bəzən instagramda iyrənc rəylərlə qarşılaşırsınız. Buna münaaibətiniz nədir?

 

- İnstagramda mənə tənqid və təhqir yazanlar məni görəndə qucaqlayıb öpüb, şəkil çəkirlər. 

 

- 2019-cu ilin damğasını vuran "Pəncu-şeş" ifanızı həzm edə bilməmələrini nə ilə əlaqələndirirsiniz?

 

- Bunun səbəbi uğurdur. Kim uğur qazanırsa, həmin adama quyu qazımaq, arxadan zərbə vurmaq istəyirlər. Bu hamımızın başına gəlib. 

 

- Karantindən sonra sənətinizdə hanı yeniliklər olacaq?

 

- 2 dənə yeni mahnım var. Oxuyanda hər kəs görəcək. Birini Tural Sədalıdan, digərini isə Aşıq Zülfiyyədən oxuyacam. Gözəl mahnılardır. 

 

- Televiziya verilişlərinə o qədər də çox önəm verməməyinizin səbəbi nədir? 

 

- Televiziya verilişlərinə ona görə önəm vermirəm ki, verilişlər o qədər də effekt vermir. Təkcə ATV-də Zaur Bəxşəliyevin verilişi var ki, o verilişə düşünmədən çıxıram. Digər verilişlərə dəvət alanda isə biraz düşünürəm, sonda seçimi özüm edirəm. Zaurun bir verilişi mənə 5 ay bəs edir.

 

- Afət xanım, şou-biznesə olan hansı müğənniləri bura layiq görmürsünüz? 

 

- Mənim hamıya hörmətim var. Və hər kəsin də öz dinləyici auditoriyası var. Elə müğənni yoxdur ki, onun sevəni olmasın. Hamını da layiq görürəm. Pis işlə məşğul olmurlar ki, mahnı oxuyurlar da.

 

- Aldığınız ən dəyərli hədiyyə nə olub? 

 

- Aldığım ən dəyərli hədiyyə zinət əşyası olubdur. Amma maşınımı özüm almışam. Düzdür, pulum çatmırdı deyə, dostlarım kömək təklifi etdilər. Amma ki, o köməyi qəbul etmədim. Hər şeyimi özüm almışam. Mənə heç kəs heç nə hədiyyə etməyib. 

 

- Afət xanım, karantində ev işlərinizi özünüz görürsünüz? Ən dadlı hansı yeməyi hazırlayırsınız?

 

- Bəli, karantin müddətində bütün işlərimi özüm görürəm. Düşünürəm ki, dadlı bişirmədiyim yemək yoxdu. 

 

- Hansı mahnıda öz həyatınızı tapırsınız? Hər ifa olunanda kövrəlirsiniz?

 

- Əlbəttə ki, hər mahnının müəyyən hissələrində insan özünü, həyatını tapır. Hamımızın acılı, şirinli günləri var. Amma ümumiyyətlə, nikbin notları sevirəm.

 

Musa Qasımzadə

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla