Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Zaur Əliyev: "Sənətə gəlmək istəyənlər bilsinlər ki, teatr aktyorun evidir, yaşamıdır" - MÜSAHİBƏ (FOTOLAR)

Müsahibə
Zaur Əliyev: "Sənətə gəlmək istəyənlər bilsinlər ki, teatr aktyorun evidir, yaşamıdır"    - MÜSAHİBƏ (FOTOLAR)

"İstəyərdim yenicə bu sənətlə maraqlananlar, sənətə gəlmək istəyənlər bilsinlər ki, teatr aktyorun evidir, yaşamıdır".

 

Buta.ws xəbər saytının həyata keçirdiyi "Teatrdakı istedadlar" rubrikasının ilk qonağı rejissor, aktyor Zaur Əliyev oldu.

 

 - Zaur bəy, əksər aktyorlar deyir bu sənətə gəlməyimə evdən narazı idilər. Bu hal sizdə də müşahidə olunubmu? 

 

Bizim evdə etiraz olmayıb.Sadəcə mənə etibar edirdilər ki, mənim seçimim düzdü. Hətda uşaq vaxtından mənim üçün şərait yaradıblar. Mən öz nəslimizin yeganə incəsənət adamıyam.
Ona görə də ailəm mənə inandı və indi qohumlar mənə görə sevinir fəxr edir.


- Xaricilərin filmoqrafiyası ilə bizim filmlər arasında olan fərqi nədə görürsünüz? Sizcə nələr çatışmır?  

 

Mən rejissoram. Amma teatrda .Bir aktyor kimi yalnızca onu deyə bilərəm ki, yaxşı ssenari yazanlar var, rejissorlar var, həddindən artıq yaxşı aktyorlar var daha nə lazimdisa keyfiyyətli film cəkməyə.O  yoxdu. Yəni, dəyər, maddiyyət,hətta zövq.

 

- İndiyədək olduğunuz rollarda sizi əks etdirən rol olubmu?

 

Hərəsindən özümü tapdığım nələrsə olub.

 

- Bəs həyatdakı Zaur bəy necə biridi?

 

Sənət adamı olduğum üçün romantik daha çox vecsiz kimi görünən özündən razı görünən biri. Amma heçnəyi əl çatmaz bilmirəm. Özümdən arxayın ALLAHDAN razıyam.
Əsas odu özümü ideal görmürəm. Bu ən üstün cəhətimdir.

 

 - Hazırda hansı yeniliklərə hazırlaşırsınız?

 

İnşALLAH karantin rejimi bitsin teatrlar, mədəniyyət ocaqları açılsın. Böyük həvəslə teatrda iki tamaşanın premyerasına hazırlaşıram. Bu, planda olan yeniliklerdir. Olmayanlar da var. Onlar artıq sürprizdir.(gülür)


- Sizin Xəzər Tv-də yayımlanan "Ata ocağı" serialındakı "Elçin" obrazını şəxsən mən sevirəm. O serialda dost tərəfindən aldanmağınız və özünüzü təmsil etməyiniz bir çox gənclərə nümunə oldu. Bu haqda nə deyə bilərsiniz?

 

Əslində ən yaxşı biclik düzlükdür. Bu ən gözlə nümunədir. Yəni Elçin də tərəddüdlə də olsa bunu elədi təslim oldu və bəraət qazandı. O ki qaldı bizim bu "ATA OCAĞI" serialına bu, son dövrün ən gözəl kollektivinin ərsəyə gətirdiyi ən gözəl məhsuldur. Yəni Xəzər TV-nin ATA OCAĞI ailəsi. Mən, teatrla yaşayıram və düşünürəm ki, bu serialla xoşbəxt oluram.

 

Aygün Həsənova

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla