Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Gülyaz Məmmədova: "Evimin həm Leylisiyəm, həm də tellisi" - MÜSAHİBƏ

Müsahibə
Gülyaz Məmmədova:     "Evimin həm Leylisiyəm, həm də tellisi" - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi "Məşhur qonağım" rubrikasının bu dəfəki qonağı xalq artisti Gülyaz Məmmədova oldu. 

 

Gülyaz xanım saytımıza özəl müsahibə verdi. 

 

- Heç olubmu başqa duet ortağı ilə oxumaq istəmisiniz? Başqa hansı duet ortaqlarınız olubdur?

 

- Əlbəttə, mən Gülyanaq xanımdan əvvəl keçmiş "İrs" ansamblında işləmişəm. Orda da təbii ki, Teymur bəylə, Nəzər bəylə duet oxumuşam. Onlar həm duet ortağım, həm tələbə yoldaşım olubdur. Xalq artisti Bilal Əliyevlə də duet oxumuşam. Və bunu da deyim ki, bu yaxınlarda əməkdar artist Teymur Əmrahla duet oxumağımız gözlənilir. Bir çox tələbələrimlə dəstək məqsədi ilə duetlər oxumuşam. Amma duet oxumaq üçün arzuladığım biri yoxdur. İstedadlı şəxslərin duet təkliflərini əlbəttə ki, dəyərləndirirəm. Amma onu da qeyd edim ki, nə qədər duetlər oxusam da, mənim duet

 

- Heç vaxt qalmaqalla gündəmə gəlməmisiniz. Bəs qalmaqalla gündəmə gələnlər barədə nə deyə bilərsiniz?

 

- Mən qalmaqalı heç sevmirəm. Qalmaqal bilirsiz nədən yaranır? Verdiyimiz müsahibədən bir xoşagəlməz nəticə çıxarıb, onu başlıq kimi təqdim edirlər. O da olur gündəm, qalmaqal. Mənim o insanlara yazığım gəlir. İstəyirlər ki, çoxlu "like" toplasınlar, oxucu kütləsi toplasınlar. Bəziləri də o xəbərin altında ağzına gələni yazır. Bu da bəzilərinə xoş gəlir. Guya bu cür işlərlə bizim sevənlərimiz azalacaq? Bizim sevənlərimiz o dünyada da, bu dünyada da bəs edər. Allah canımıza, səsimizə, sevənlərimizə dəyməsin. Bu mənə bəsdir. Allahın verdiyinə hər zaman şükür edən biriyəm. Qaldı ki, qalmaqalla gündəmə gəlmək istəyənlərə... Mən onların şəxsi gündəmə gəlmək üsullarına heç nə deyə bilmərəm. Desəm də, məni eşidən olmayacaq. Mən ancaq tələbələrimə deyirəm ki, qalmaqalla gündəmə gəlməyin. Öz sevdiklərimə deyə bilərəm, bu yaxşı deyil. Amma hələki ehtiyac görmürəm. 

 

- Bildiyimiz kimi karantin müddətini ata ocağınızda keçirirsiniz? Necə vaxt keçirirsiniz? Ev işlərini, mətbəxlə aranız necədir?

 

- Karantin başlayan ilk günlər ata ocağımız olan Şəkiyə getdik. Düzü, yollar bağlanacaq xəbəri eşidən kimi Bakıya qayıtdım. Gülyanaq xanım isə Şəkidə qaldı. Evimdə nə qədər iş var idi. Pərdələrdən tutmuş, bütün işlərimi gördüm. Yay paltarlarını, qış paltarlarını ayırdım. Hər bir xanım kimi evimdə də iş görürəm. Düzdür, səhnə fəaliyyətimiz buna maneəçilik törədir. Evimin həm Leylisi, həm də tellisiyəm. Bununla şərəf duyuram. Biz xalqın içindən çıxan, xalqa xidmət edən insanlarıq. Bizi sevən, dəyər verən hər kəsə təşəkkürümü bildirirəm.

 

- Sənət aləmində olan hansı müğənnilərə sənətə ilk addımlarında kömək etmisiniz? Hansı məşhurlar tələbəniz olub?

 

- Bütün tələbələrimə dəstək olmuşam. Onlardan biri də göz qabağında olan, istedadlı xanəndə Kamilə Nəbiyevadır. 4 il humanitar kollecdə tələbəm oldu, muğamın sirlərini öyrəndi. Daha sonra isə muğam müsabiqəsində əlimdən, qəlbimdən gələni etdim. Onun bu yaşda belə ifası, bugünə kimi görünməyən, möcüzəvi ifadır və tarixdə nadir hallarda olur bu. Mən fəxr etdim ki, illər sonra öz gəncliyimi xatırladan tələbəm oldu. Bizim gəncliyimizi bilən bilir ki, Kamilə indi bizim gəncliyimizi yaşayır. Elə bil ki, Gülyanaq yenidən səhnəyə gəldi. Bu yaşda elə istedad hər kəsə nəsib olmur. Kamilə məni yaşatdı, yenidən səhnəyə gətirdi. Sərxan Bünyatzadəyə də muğam müsabiqəsində mən dəstək oldum. Bununla da fəxr edirəm. O da mənimlə fəxr edir. Onun da Kamilə kimi bal səsi var. Muğam müsabiqələrində iştirak edən bir çox xanəndələr mənim tələbəm olubdur. Həm ifalarında, həm də səs yazma studiyalarında mahnı çıxarmaları üçün dəstək göstərmişəm. Tanınmış estrada müğənnisi Elnarə Xəlilova da tələbəm sayır. İki il ona muğamdan dərs keçmişəm. Yenə də milli musiqilərə müraciət edəndə, yardım etməyə hazıram. Fəxr edirəm ki, muğam sahəsində mənim əlimdən su içib. Əməkdar mədəniyyət işçisi Aşıq Samirə də hər zaman fəxrlə gəlib bəzi nüansları öyrənib məndən. Həmişə də əziyyətimi dəyərləndirərək gözəl ifa edibdir. Bəzi əməkdar artistlər də bəzi muğamların incəliklərini öyrənmək üçün müraciət edirlər. Kim istəsə, gəlsin, əlimdən gələni edirəm. Çünki, özüm də indi ustadlardan nəsə öyrənirəm. Mənim ustadım Nəriman Əliyev olub. Canəli Əkbərov incəsənət universitetində ustadım olub, həmçinin mənim üçün Leyli obrazını o hazırlayıb. Əlibaba müəllimdən indi də məsləhət alıram. Yaxşı ki, bizim böyük sənətkarlarımız, ustadlarımız var. Mən xoşbəxt insanam ki, böyük sənətkarları sağlığında gördüm, müsabiqələrdə məni dinlədilər. 

 

- Bəs sənətə gəlməkdə, səhnədə sizə kim köməklik göstəribdir? 

 

- Polad Bülbüloğlu kimi böyük bəstəkar-müğənnidən mən dəstək almışam. Hər zaman bizə arxa-dayaq oldu. Bütün dünya qastrollarında olarkən, biz onun şahidi olduq ki, o milli mədəniyyətimizə nə qədər dəstək olur. Polad Bülbüloğlu böyük qardaş, gözəl sənətkar kimi mənim ömür səhifələrimə yazılıbdır. Gülyanaq xanımın da, mənim də. Biz heç zaman onun dəstəyini unutmarıq. Nə gözəl ki, Azərbaycanın onun kimi sənətkarları, oğulları var. Biz onunla fəxr edirik. Həmçinin, Opera və Balet Teatrı da bizə böyük dəstək olubdur. Mənim səhnədə gənc yaşımda "Leyli" obrazını canlandırmağıma şərait yaratdılar. Mənim səsimi, istedadımı bəyəndilər. Mənə atalıq etdilər. Mən bunu unutmaram. Yaşar Nuriyev kimi sənətkarla bir səhnəni bölüşmüşəm. Bu mənim üçün böyük xoşbəxtlik, qürur mənbəyidir. 1998-ci ildə "Arşın mal alan"da oynadıq və bu bizə düşərli oldu. Ümumilli Lider Heydər Əliyev tərəfindən bizə "əməkdar artist" adı verildi. Demək olar ki, dünyanın çox yerində qastrollarda olmuşuq. Saymaqla bitməz. 

 

- Televiziya verilişlərinin o qədər də ürəkaçan olmamasının səbəbi sizcə kimdədir? Müğənnilərdə yoxsa hər müğənnini efirə çıxaran aparıcılarda?

 

- Mən aparıcılarda günah niyə görüm ki? Onlar öz missiyasını həyata keçirir. Günah bəzi telekanallardadır. Çox təəssüf hissi keçirirəm ki, artıq bir neçə ildir efirə layiq olmayanlar efirə çıxır. Hətta efirlərdə nalayiq sözlər istifadə edirlər. Gələcək nəsil bundan nə tərbiyə götürsün? Axı körpə uşaqlar bizim əvvəlki mədəniyyətimizdən, bizim yaşam tərzimizdən xəbərsizdirlər. Efirdə hər şeyi danışmaq olmaz. Amma son zamanlar bir şeyə fikir vermişəm, bəzi telekanallarda nalayiq söhbətlər gedən verilişlər dərhal dayandırılır. Bu da çox gözəl bir şeydir. Efir insanlara nümunə olmalıdır. 

 

Musa Qasımzadə

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla