Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“Neftə tələb azalacaq, bu məhdudiyyətlər götürülməzsə...” – DEPUTAT

İqtisadiyyat
“Neftə tələb azalacaq, bu məhdudiyyətlər götürülməzsə...” – DEPUTAT

“Neftin dünya bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib. Bu gün “Brent” markalı neftin 1 bareli 31 dollardan baha təklif olunur. Neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlərlə bağlıdır”.

 

Buta.ws xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın Prezidenti “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatının açılmasının gərəkliyini” bildirib:

 

“Bu haqda “Bloomberg” agentliyi məlumat yayıb. ABŞ və Avropa Birliyi iqtisadiyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək. Xüsusən qədim qitə iqtisadiyyatın yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa "qara qızıla" tələb yenidən azalacaq. Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq”.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İqtisadiyyat bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla