Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Türkiyədə yaşayan Azərbaycanlı aparıcıdan möhtəşəm rəqs - VİDEO (FOTOLAR)

Maqazin
Türkiyədə yaşayan Azərbaycanlı aparıcıdan möhtəşəm rəqs    - VİDEO (FOTOLAR)

Məlum olduğu kimi, Türkiyədə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar həftəsonları xüsusi karantin rejimi tətbiq olunur.

 

Türkiyədə təhsil alan, İstanbul Universitetinin tələbəsi, Bengü-Türk televizyasının “Azərbaycan Ruzigarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər hər həftə sonu tamaşaçıların görüşünə müxtəlif sürprizlərlə gəlir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejjisorluq ixtisasının məzunu olan Səidə Ömər həm də Azərbaycanda rəqs sənətininə yiyiələnməklə rəqs sahəsində Bakıda yüzlərlə tələbələr yetişdirib. Odur ki, sənətçi olaraq “Azərbaycan Ruzigarı” proqramında mütəmadi rəqs sənətindən də müxtəlif  nümunələr nümayiş etdirir. Bu dəfə isə dünyanı cənginə alan COVID-19-dan evlərinə sığıanan izleyicilerin hüzuruna Səidə Ömər məşhur "Asturias" musiqisindən istifadə edərək Flamenko rəqs ştrixləri ilə gəlib. 

 

Səidə Ömər Buta.ws-ə açıqlamasında bildirib ki, Flamenko İspan rəqsi olaraq tanınan, UNESKO-nun da mədəni irsinə daxil edilən və dünyəviləşən bu mədəniyyət nümunəsinə kompozisiya qurub. 


“Məqsədim cansıxıcı günlər yaşadığımız bu ərəfələrdə yalnız türk dünyasına deyil, həbsə məhkum olan bütün bəşər övladının yaşantısına bir rəng qatmaqdır. Ev şəraitində, əlimizdə heç bir texniki imkanlar olmadığı bir halda, həm də Ramazan ayı olduğundan dolayı insanları narahat etməmək üçün musiqini qulaqcıq vasitəsilə dinləməklə bu rəqs ərsəyə gəlib. Odur ki, seyircilər qüsuruma baxmasınlar. İstəyimə nail olub-olmadığımı onlar deyər”.

 

Kompozisiyada maska və əlcək çalarlarının əlavə olunması xüsusi diqqət çəkib. Səidə xanım onuda qeyd edib ki, rəqs kompozisiyasını tələbə yoldaşı olan rejissor Əli İmanov çəkib. "Nə yaxşı ki, qonşuyuq", – deyir və gülür.

 

“Bu gözəgörünməz düşmənimiz olan yeni növ koronovirusdan qorunmaq üçün həkimlərin bizə dönə-dönə tövsiyyə etdiyi maska və əlcəkdən istifadə etmək tövsiyyəsinə bir dəstək mesajıdır.  Hesab edirəm ki, bu zor və sıxıntılı günləri qısa zamanda aşmaq üçün həyatları bizlər üçün riskdə olan həkimləri dinləmək və dediklərinə əməl etməliyik. Məsafəmzizi qoruyaq, sağlıqlı qalaq”, - deyə teleaparıcı əlavə edib.

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maqazin bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla