Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Vüsalə Fətullayeva: "Könüllülük fəaliyyəti mənəvi dəyərlər üzərində qurulur" - MÜSAHİBƏ

Müsahibə
Vüsalə Fətullayeva: "Könüllülük fəaliyyəti mənəvi dəyərlər üzərində qurulur"    - MÜSAHİBƏ

Buta.ws-in “Gənc Könüllülər” rubrikasının bu dəfəki qonağı Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin Şura üzvü və fəalı Vüsalə Fətullayeva olub. 

 

- Könüllülük fəaliyyəti haqqında nə deyə bilərsiniz?

 

- 2014-cü ildən YAP Gənclər Birliyi və YAP Binəqədi RT Gənclər Birliyində  könüllü fəaliyyətinə başlamışam. 2015-2017-ci illərdə bir neçə saytda könüllü-müxbir, "ResTV" internet saytında İdman Xəbərlər departamentinin direktor müavini, daha sonra direktor, “Bizim TV” Televiziya və Radio Şirkətində İdman departamentinin direktoru vəzifəsində könüllü olaraq fəaliyyət göstərmişəm. 2015-2019-cu illərdə ölkəmizdə həyata keçirilən yerli və beynəlxalq tədbir və layihələrdə Könüllü, Komanda rəhbəri və Koordinator olaraq çalışmışam.

 

Bir neçə Təşkilat, Fond və İctimai Birliklərin üzvü və könüllüsüyəm. Bir neçə dövlət qurumlarında könüllü olmuşam. Məlum olduğu kimi 2020-ci il ölkə başçısı cənab İlham Əliyevin Sərəncamına əsasən “Könüllülər ili” elan olunub.  Bununla əlaqədar olaraq cari il ərzində ölkəmizdə mövcud olan geniş  könüllü kütləsinin də iştirakı ilə müxtəlif layihə və tədbirlərin həyata  keçirilməsi nəzərdə tutulmuşdur və bu layihələrdə komanda rəhbəri və təşkilatıçı kimi seçilmişdim. Lakin bu ilin əvvəlindən etibarən meydana çıxan və dünyada sürətlə yayılmağa başlayan koronavirus (COVİD-19) pandemiyası səbəbilə bu tədbirlərin keçirilməsi müvəqqəti  olaraq dayandırıldı. Amma mən YAP və QAC könüllüsü olaraq fəaliyyətimi hələ də davam etdirirəm. Əhalinin maarifləndirilməsi və qayğıya  ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərdə daha da fəal iştirak etməyə çalışıram.

 

- Vüsalə xanımı könüllü olmağa kim ruhlandırdı?

 

- Ölkəmizdə həyata keçirilən yerli və beynəlxalq tədbir və layihələrdə bir çox gəncin iştirakı məni də gec də olsa, bir təşkilatdan başladığım könüllü fəaliyyətimi genişləndirməyə stimul verdi.

 

- Könüllülük psixologiyası sizin üçün nə deməkdir?

 

- Könüllülük mənim üçün xeyirxahlıq, mərhəmət, insansevərlik, vətənpərvərlik kimi ən ali dəyərlər üzərinə qurulan bir fəaliyyətdir. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm cəmiyyətə həm özünə fayda qatmaqdır. Könüllülük gələcəyə yatırımdır.Könüllüyün nə demək olduğunu başa düşmək üçün könüllü olmaq lazımdır. O zaman bütün suallar öz cavabını tapır.

 

- Könüllü gənclərimizə nə kimi məsləhətləriniz var?

 

- Mən bir gənc könüllü olaraq, gənclik həyatına yenicə addım atmış gənclərimizi, kim nə deyir desin, könüllü olmaqdan çəkinməməyi, bacardıqca öz qabiliyyətlərini üzə çıxarmağa çalşmalarını tövsiyə edərdim. Amma könüllülükdə ən əsas dil bilikləri və komputer bacarıqlarının olması təqdirəlayiqdir, mühüm rol oynayır. Çalışın, bu vurğuladığım bilikləri möhkəmləndirəsiniz. İlk addımlarını könüllü kimi atan və hazırda da könüllü kimi çalışan  biri kimi mütləq qeyd etməliyəm ki, həyatda könüllü olmağı bacarmaq çox  vacibdir. Könüllülüyün yaşı da yoxdur. Təki istək könüldən gəlsin. Hər kəsə bu yolda uğurlar!

 

Elnarə Xıdırova

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla