Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Gülüstan Əliyeva: "Onların ailəsində böyüyə hörmət qoyulmur" - MÜSAHİBƏ

Müsahibə
Gülüstan Əliyeva: "Onların ailəsində böyüyə hörmət qoyulmur"     - MÜSAHİBƏ

Buta.ws-in həyata keçirdiyi "Məşhur qonağım" rublikasının bu dəfəki qonağı əməkdar artist Gülüstan Əliyeva oldu. 

 

Gülüstan xanım saytımıza özəl müsahibə verdi. 

 

- Gülüstan xanım, karantin müddətində evdə qaldığımız məlumdur. Bəs siz bu müddətdə mətbəxlə necə maraqlanırsınız? Yemək bişirməklə aranız necədir?

 

- Demək olar ki, karantin müddətində günümün çox hissəsini mətbəxdə keçirdim. Yemək bişirməyi çox sevirəm. Ümumiyyətlə, mətbəx mənim ən sevimli məkanımdır.

 

- Yeni nəslin muğamdan uzaq qaçmasının səbəbi nədir?

 

- Bir müəllimə kimi bunu demək istəyirəm ki, yeni nəsil muğamdan uzaqlaşmayıb. Sadecə gənclərin müxtəlif maraqları var. Amma muğama olan maraq azalmayıb. Hətta bu maraq daha da artıb. Gənclərimiz daha maraqla muğamın sirlərini öyrənirlər. Mən bunu bir müəllimə olaraq bilirəm.

 

- Sənətə gələn zaman kimi özünüzə örnək götürmüsünüz? Kimə oxşamaq istəmisiniz? 

 

- Sənətə olan maraq uşaqlığımdan yaranıb. Ən çox Rübabə Muradovanı, Nəzakət Məmmədovanı sevirdim. Amma demək olar ki, bütün sənətkarlarımızı dinləyirdim, sevirdim. 

 

- Bəzən yeni müğənnilər böyük sənətkarlara söz atmaqla gündəmə gəlmək istəyirlər. Buna münasibətiniz necədir?

 

- Mən buna bir cümlə ilə cavab verəcəm. Onların ailəsində böyüyə hörmət qoyulmur.

 

- Gülüstan xanım, oxuduğunuz hansı musiqidə öz həyatınızı, şəhid olan yoldaşınızı tapırsınız?

 

- Demək olar ki, bütün mahnılarda onu axtarıram və bütün mahnılarda onu tapıram. 

 

Musa Qasımzadə

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Müsahibə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla