Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib.
Kult.az xəbər verir ki, hadisə verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında baş verib.
Anar Vəziroğlu fasilə zamanı üstünə su atıldığını bildirib və canlı efirdə “Bu qadında ləyaqət yoxdur” deyərək, Şəfiqə Nağıyevadan əvəzini çıxıb.
Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.
Qeyd edək ki, Anar Vəziroğlu əməkdar incəsənət xadimi Baba Vəziroğlunun qardaşıdır.