Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Mənzil almaq istəyənlərin nəzərinə – Əgər bu ay alsanız – PROQNOZ

Cəmiyyət
Mənzil almaq istəyənlərin nəzərinə    – Əgər bu ay alsanız – PROQNOZ

Azərbaycanda koronavirus pandemiyasının ən çox zərər vurduğu sahələrdən biri də daşınmaz əmlak bazarıdır. Ekspertlərin sözlərinə görə, bazarda hazırda satış səviyyəsi çox aşağıdır.

 

Buta.ws baku.ws-ə istinadən xəbər verir ki, mart ayında isə bina və həyət evlərinin, həmçinin torpaq sahələrinin qiyməti kəskin ucuzlaşıb.

 

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Lent.az -a bildirib ki, ucuzlaşma qarşıdakı aylarda da davam edəcək: “Vəziyyətlə əlaqədar alğı-satqı əməliyyatları məhdudlaşır.

 

Daşınmaz əmlak bazarına yönəldilən vəsaitlərin miqdarı xeyli azalıb. Təbii ki, bəzi inzibati qərarlar bu sahədə fəaliyyət göstərən bazar iştirakçılarına da mənfi təsir göstərib. Bu da daşınmaz əmlak bazarında tələbin və qiymətlərin kəskin azalmasına gətirib çıxarır.

 

Düşünürəm ki, proseslərin müddətindən. eyni zamanda makroiqtisadi amillərdən çox şeylər asılı olacaq. Məsələyə təkcə texniki yanaşmanın tərəfdarı deyiləm. Daşınmaz əmlak bazarında baş verən proseslər makroiqtisadi amillərlə bağlıdır. Dünya iqtisadiyyatında baş verən proseslər, neftin qiymətinin, eyni zamanda xarici ölkələrdən qeyri-ixrac formasında daxil olan vəsaitlərin həcminin azalması (xaricdə yaşayan azərbaycanlıların ailə üzvlərinə pul göndərməsi) ölkəyə ümumi pul daxilolmalarının kəskin azalmasına səbəb olub.

 

Ona görə düşünürəm ki, qarşıdakı aylarda daşınmaz əmlak bazarında ucuzlaşma qaçılmazdır. Bütün evləri, torpaq sahələrini əhatə edəcək bu ucuzlaşmanın nə vaxtadək davam edəcəyini demək çətindir”.

 

Ramil Osmanlı ucuzlaşmanın tikinti materialları bazarına da kəskin təsir etdiyini vurğulayıb: “Sözsüz ki, daşınmaz əmlak bazarında tələbin aşağı düşməsinə görə tikinti materiallarına da tələbin azaldığı müşahidə olunur. Bu da təbii ki, tikinti materialları satışı ilə məşğul olanların qiymətləri azaltmasına səbəb olur.

 

Ola bilər ki, məsələn, sentyabr ayına qədər pandemiya başa çatsın, amma neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan səviyyəyə gəlib çatmasın.

 

Bu halda hesab edirəm ki, hökumət dövlət büdcəsinə yenidən baxmağa məcbur olacaq. Bu da ayrı-ayrı sahələr üçün nəzərdə tutulan investisiyaların azalmasına səbəb oalcaq. Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə iqtisadi proseslərlə yanaşı, inzibati qərarlar da daşınmaz əmlak bazarına təsir edir. Ona görə düşünürəm ki, təkcə pandemiyanın başa çatması daşınmaz əmlak bazarının bərpa olunmasına kifayət etmir”,

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla