“Çörəkçi”nin çörəklərində göbələk aşkarlanıb, sabun dadı verir - ŞOK

15:44 - 30 Noyabr 2022 - HADİSƏ

 “Çörəkçi”nin çörəklərində göbələk aşkarlanıb, sabun dadı verir - ŞOK

“Çörəkçi” zavodunun istehsal etdiyi hazır dilimlənmiş baton çörəkləri sabun dadı verir.

BUTA.WS xəbər verir ki, bu barədə teleaparıcı Turan İbrahimov sosial şəbəkədə çağırış edib.

“Bununla neçənci dəfədir ki, “Çörəkçi”dən doğranmış çörək alıram, sabun dadı verir. Ümidvaram, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bunun səbəbini araşdırıb, ictimaiyyətə məlumat verər…”, - aparıcı bildirib.

T.İbrahimovun şikayətinə həmkarı Elçin Əlibəyli də dəstək çıxıb: “Yeni veriliş üçün çörəklərin analizi aparılıb və “Çörəkçi”nin içində təhlükəli göbələklər aşkarlanıb. Gələn həftə süjetdə verəcəyik…”


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol