Azərbaycanda bu xəstəliyin yayılması lokallaşdırıldı

15:34 - 30 Noyabr 2022 - GÜNDƏM

 Azərbaycanda bu xəstəliyin yayılması lokallaşdırıldı

İİV xəstəliyinin Azərbaycanda risk qruplarına aid şəxslər arasında yayılmasının lokallaşdırılmasına nail olunub.

Buta.ws Report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, bu nailiyyət uzun müddət əks-epidemik tədbirlər nəticəsində mümkün olub:

“Azərbaycan İİV-ə ən az yoluxan ölkələr sırasındadır. Ölkədə vəziyyət nəzarət altındadır. Epidemik sıçrayışlar mövcud deyil. Son 10 ayda İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadın olub”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol