Audiovizual Şurası APA TV, Səhiyyə TV, Agro TV, “Vivace” və “ATV+Cinema” kanallarına platforma yayımçısı lisenziyası verib.
Bu barədə Buta.ws-a Şuradan bildirilib.
Qeyd olunub ki, Şuranın iclası keçirilib və iclasda peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması məqsədilə APAMARK MMC, Səhiyyə TV MMC, Aqro Televiziya və Radio MMC və ATV Plus MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılıb.
Müraciət edən şirkətlər tərəfindən təqdim olunmuş sənədlər və onların məzmunu Şura üzvləri tərəfindən müzakirə olunub. Geniş müzakirələrdən sonra peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “APAMARK” MMC-yə (televiziya redaksiyasının adı: “APA TV”), “Səhiyyə TV” MMC-yə (televiziya redaksiyasının adı: “Səhiyyə TV”), “Aqro Televiziya və Radio” MMC-yə (televiziya redaksiyasının adı: “Agro TV”) və “ATV Plus” MMC-yə (televiziya redaksiyalarının adları: “Vivace” və “ATV+Cinema”) verilməsi barədə müvafiq qərarlar qəbul edilib.
Qoyun sürüsü: Valideynlər və müəllimlər arasında gərgin "WhatsApp danışığı - SƏS YAZISI
- Bu xəbərlərə də göz at
- Səudiyyə şahzadəsi vəfat etdi
- Erməni əsirliyində olan hərbçimizin anası danışdı: İnanırdım!
- Uşaqları kibertəhlükələrdən necə qorumaq olar?
- Finlandiya Rusiya ilə sərhədi nə zaman açacaq?
- Bu il türk ordusu 2 mindən çox terrorçunu məhv edib
- Ukraynaya yardım edəcəyimizə söz vermirik - ABŞ