İranda həbsdə olan belçikalı aclıq aksiyası keçirir

12:04 - 30 Noyabr 2022 - GÜNDƏM

 İranda həbsdə olan belçikalı aclıq aksiyası keçirir

İranda həbsdə olan Olivier Fan Kastiel adlı belçikalı yardım işçisi aclıq aksiyası keçirir.

Buta.ws xəbər verir ki, Kastielin ailəsinin verdiyi məlumatda məhbusun 2 həftədir aclıq aksiyası keçirdiyi bildirilir. Ailəsi onun səhhətindən narahatlığını ifadə edərək, 41 yaşlı Kastielin dəhşətli ədalətsizliyə məruz qaldığını deyib.

Qeyd edək ki, 41 yaşlı yardım işçisi Olivier Fan Kastiel Beynəlxalq Yardım xeyriyyə təşkilatının İran departamentinin keçmiş direktorudur. O, missiyasını başa vurduqdan sonra 24 fevral 2022-ci ildə Tehrana turist səfəri zamanı həbs edilib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol