Keçmiş prezident ömürlük həbs cəzası aldı

11:22 - 30 Noyabr 2022 - GÜNDƏM

 Keçmiş prezident ömürlük həbs cəzası aldı

Komor adalarında məhkəmə vətəndaşlığı olmayan şəxslərə pasport satmaqda təqsirli bilinən eks-prezident Əhməd Abdulla Sambini ömürlük həbs cəzasına məhkum edib.

Buta.ws xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, 64 yaşlı Sambi barəsində qərarlarından şikayət verilə bilməyən xüsusi məhkəmə orqanı olan Milli Təhlükəsizlik Məhkəməsi hökm çıxarıb:

“Hind okeanının kiçik ölkəsinə 2006-2011-ci illərdə rəhbərlik edən Sambi 2008-ci ildə pasportların baha qiymətə satışına icazə verən qanun qəbul edib. Sabiq prezident bu sxemlə milyonlarla dolları mənimsəməkdə ittiham olunur”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol