Gültəkin Hacıyevanı kim və niyə şikayət edib?

11:14 - 30 Noyabr 2022 - GÜNDƏM

 Gültəkin Hacıyevanı kim və niyə şikayət edib?

Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub.

Buta.ws xəbər verir ki, bu barədə Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov məlumat verib.

O bildirib ki, Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb:

“Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”.

Gültəkin Hacıbəyli ölkədə olmadığına görə onun barəsində həbsli axtarış elan olunub. Hazırda dayandırılmış icraat yenilənib və hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol