ABŞ-ın bu addımı dünya üçün faydalı olar - Slutski

08:02 - 30 Noyabr 2022 - GÜNDƏM

 ABŞ-ın bu addımı dünya üçün faydalı olar - Slutski

ABŞ-ın NATO-dan çıxması dünyada gərginliyi azaltmaq üçün yaxşı fürsət olardı.

Buta.ws xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ABŞ Baş prokurorunun sabiq müavini Bryus Faynın fikirlərinə münasibət bildirərkən deyib.

"Mükafata gəlincə, bu, o qədər də vacib deyil. Amma əslində bu, doğrudur. Konqresdə az qala səs çoxluğu qazanmış respublikaçılar üçün xoşməramlılıq nümayiş etdirmək və dünyada gərginliyin azaldılmasına real töhfə vermək üçün yaxşı imkan yaranıb", - o bildirib.

Parlamentarinin sözlərinə görə, bu, həm də ABŞ-da vergi ödəyicilərini xilas etməyə kömək edəcək.

Qeyd edək ki, Ronald Reyqan prezidentliyi zamanı baş prokurorun müavini olmuş Bryus Fayn məqaləsində ABŞ-ın NATO-dan çıxmasının Ukrayna böhranının həllinə kömək edəcəyini vurğulamışdı.

Onun qeydlərinə görə, Konqres Ukraynadakı münaqişəyə son qoya və Nobel Sülh Mükafatını qazana bilər.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol