Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Otellər və turizm obyektləri bu qaydalarla fəaliyyət göstərəcək – RƏSMİ

Cəmiyyət
Otellər və turizm obyektləri bu qaydalarla fəaliyyət göstərəcək    – RƏSMİ

Pandemiya dövründə turizm və otelçilik sektorunda koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib.

 

Koronavirusinfo.az saytında yerləşdirilən xəbərə görə, sənəd turizm, otelçilik sektoru işçilərinin və müştərilərin sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

 

Qaydalarda bildirilir:

 

Qonaq və ya heyətdə kəskin respirator infeksiyanın simptomları inkişaf edirsə, xəstənin müəssisənin bütün qonaqları və işçiləri ilə təmasını minimuma endirmək üçün səy göstərilməlidir.

 

- Xəstə insan digər şəxslərdən ən azı iki metr məsafədə olmalıdır;

 

- Eyni mühiti başqa bir insan(lar) ilə bölüşmək məcburiyyətində qaldıqda, tibbi maska taxmalıdır;

 

- Ailə üzvlərinin yoluxma riskinin qarşısını almaq üçün, monitorinqi oteldə aparılan şəxs(lər), mümkünsə, digərlərindən ayrı otaqda qalmalı, mümkün olmadıqda isə yaxşı havalandırılan otaqda, başqalarından ən azı iki metr məsafəni saxlamalı və tibbi maska taxmalıdır. Maska nəm olduqda yenisi ilə əvəz olunmalıdır. Xüsusilə, yaşı 65-dən yuxarı və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan şəxslərlə mümkünsə eyni otaqda olmamalı və ya təmas riski minimuma endirilməlidir;

 

- Əgər varsa, xəstə ayrı bir tualet və hamam otağından istifadə etməlidir;

 

- Ümumi tualet və hamam otağından istifadə edilərsə, həmin otaqların havalandırılması yaxşı aparılmalıdır. Hamam otağı və tualetləri gün ərzində ən azı bir dəfə durulaşdırılmış ağardıcı ilə təmizləmək lazımdır (1:100 normal durulaşdırma) (Natrium hipo-xlorid);

 

- Xəstə şəxsi əşyalarını başqaları ilə bölüşməməli və ya ailə üzvləri ilə stəkan, boşqab və dəsmal kimi əşyalarından ortaq istifadə etməməlidir. İstifadə etməli olduqda isə bu əşyalar sabun və su ilə yuyulmalıdır;

 

- Otağı təmizləyən personal fərdi qoruyucu vasitələrdən istifadə etməlidir;

 

- Tullantıların idarə edilməsi qaydalarına ciddi riayət olunmalıdır.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla