Hindistan "Brahmos" raketini sınaqdan keçirdi

01:32 - 30 Noyabr 2022 - GÜNDƏM

 Hindistan

Hindistan ordusu uzaq mənzilli “Brahmos” yer-yer raketini sınaqdan keçirib.

Buta.ws xəbər verir ki, bu barədə Andaman və Nikobar adalarının komandanlığı məlumat yayıb.

Andaman və Nikobar adalarının baş komandanı general-leytenant Ajay Sinqx Hindistan ordusunun Qərb Komandanlığını noyabrın 29-da Andaman və Nikobar adalarından "Brahmos" uzaq mənzilli yer-yer raketinin uğurlu sınağı münasibətilə təbrik edib.

Hindistan-Rusiya birgə müəssisəsi olan "Brahmos Aerospace" sualtı qayıqlardan, gəmilərdən, təyyarələrdən və ya yer platformalarından buraxıla bilən səsdən sürətli qanadlı raketlər istehsal edir. Şirkət 1998-ci ildə yaradılıb, Brahmaputra və Moskva çaylarının şərəfinə adlandırılıb. Birgə müəssisədə Rusiya tərəfini “NPO Maşınqayırma” şirkəti təmsil edir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol