Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

İctimai nəqliyyatda işçilərin və sərnişinlərin DAŞINMA QAYDASI müəyyənləşib

Cəmiyyət
İctimai nəqliyyatda işçilərin və sərnişinlərin DAŞINMA QAYDASI müəyyənləşib

İctimai nəqliyyatda pandemiya dövründə işçilərin və sərnişinlərin daşınma qaydası ilə bağlı təlimatlar hazırlanıb.

 

Trend xəbər verir ki, sənəd ictimai nəqliyyat işçilərinin və sərnişinlərin sağlamlığının qorunması məqsədiilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

 

Mövcud olan məlumatlara əsasən COVID-19 infeksiyası insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə toxunduqdan sonraəlləri ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. Ona görə də ictimai yerlərdəortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyəyoluxma riskini azaldır. Bu səbəbdən sərnişindaşımanın fasiləsizliyinin təmini uçun vəzifələrin paylanması və onların həyata keçirilməsi üçün iş yerində və evdən işləmə üçün müvafiq şəraitin yaradılmasıolduqca vacibdir.

 

Eyni zamanda, işçi heyətin nəzərinə şəxsi gigiyena tədbirləri haqqında məlumat çatdırılmalı, işəgötürən tərəfindən işçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla(70%-li spirt tərkibli gel və ya məhlul) mütəmadi təmin edilməlidir.

 

İnfeksiyanın yayılmasının profilaktikasına dair məlumatların və maarifləndirici materialların elektron tablolar, nəqliyyat vasitələrində quraşdırılmış planşetlər vasitəsilə sərnişinlərə çatdırılması təmin edilməli, dayanacaqlarda, yeraltı nəqliyyatın platformalarında və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada getməyi təşviq edən plakatlar və videomonitorlarda maarifləndirici təşviqat materialları yerləşdirilməli, bilet kassalarının, ödəməterminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə/metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalı və məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.

 

Sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır. Şəhərdaxili taksilərdən istifadəedən müştərilər yalnız arxa oturacaqlarda otura bilər. Taksi sürücüsü iləarxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır.

 

Bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırıdəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalı, sürücülər bir yerə yığışmamalıvə öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. Sürücülər arasında təmaslar minimuma endirilməlidir.

 

Təmizlik-dezinfeksiya işləri növbəyə çıxdıqda və sonda tam olaraq, hər iki saatdan bir sərnişinlərin tez-tez toxunduğu səthlərdə icra olunmalıdır.

 

Dezinfeksiya edilməsi vacib olan sahələrə gəlincə, bura giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər), qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və yadigər), tutacaqlar (spirt tərkibli məhlul və ya digər), döşəmələr/platformalar (xlor tərkibli məhlul və ya digər), ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər), eskalatorlar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər) və ictimai nəqliyyatın pəncərələri (spirt tərkibli məhlul və ya digər) aiddir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla