DÇ-da ilk: Qadın matça baş hakim təyin olundu

23:46 - 29 Noyabr 2022 - GÜNDƏM

 DÇ-da ilk: Qadın matça baş hakim təyin olundu

Qətərdə keçirilən dünya çempionatında bir ilk yaşanacaq.

Buta.ws-ın məlumatına görə, FIFA E qrupunun III turunun Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.

Fransalı Stefani Freppart sözügedən oyunda əsas idarəedici olacaq.

Ona həmcinsləri – braziliyalı Neuza Bek və meksikalı Karen Diaz Medina laynsmanlar qismində yardımçı olacaqlar.

Matçın dördüncü hakimi honduraslı Said Martinez təyin edilib.

Qeyd edək ki, Almaniya – Kosta Rika oyunu dekabrın 1-də, saat 23:00-da başlayacaq.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol