Sülhməramlılar “atəşkəs” açıqlaması ilə özünü ifşa etdi

23:04 - 29 Noyabr 2022 - GÜNDƏM

 Sülhməramlılar “atəşkəs” açıqlaması ilə özünü ifşa etdi

Erməni siyasətçilər və ekspertlər Azərbaycan Ordusunun Laçın dəhlizini bağlamağa hazırlaşdığını açıqlayırlar. Onlar son zamanlar Qarabağda gərginliyin və atəş səslərinin artmasını bununla əlaqələndirirlər. Bu gizli mövzu deyil, Ermənistanla Qarabağ arasındakı yolun nəzarətə götürülməsi Azərbaycanda əsas müzakirə predmetidir.

Buta.ws xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq Rusiya “sülhməramlı kontingenti”nin ermənilərlə yenə səs-səsə verərək, bu gün “Azərbaycan tərəfdən atəşkəs pozularaq, Dağlıq Qarabağ postu atəşə tutulub” açıqlamasına diqqət çəkib:

“Bu bir neçə sözdən ibarət cümlədə xeyli hüquq pozuntusu var. Azərbaycanda “Dağlıq Qarabağ” bölgəsi (bu adlı inzibati vahid – red.) yoxdur, “separatçıların postu” olmamalıdır (10 noyabr 2020-ci il bəyanatına görə, rus sülhməramlıların yerləşdirilməsi ilə erməni silahlıları Qarabağdan çıxarılmalı idi – red.), bu Azərbaycanın ərazi bütövlüyünə ziddir, nəhayət, separatçılar olan yerdə “atəşkəs” ola bilməz. Bütün bunlara görə də sülhə hələ çox var”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol