Vasif Talıbovun müavini və daha bir nazir saxlanıldı – Təcili

22:10 - 29 Noyabr 2022 - GÜNDƏM

 Vasif Talıbovun müavini və daha bir nazir saxlanıldı – Təcili

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Naxçıvan MR-in daxili işlər naziri Rəşid İsmayılovun saxlanıldığı haqda məlumat yayılıb.

Buta.ws xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həmçinin Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Rəşidovun da istintaqa cəlb edildiyi iddia edilib.

Qeyd edək ki, DTX Naxçıvanda geniş antikorrupsiya əməliyyatı aparır. Bu vaxta qədər Naxçıvan Maliyyə Nazirliyi və Gömrük Komitəsində aşkarlanan külli miqdarda (müfaviq olaraq 144 və 132 milyon manat) yeyinti faktının aşkara çıxmasından sonra hər iki qurum ləğv edilib və onların bazasında mərkəzə tabe olan baş idarələr yaradılıb.

Ötən gün Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də əməliyyat keçirildiyi məlumatı yayılmışdı.

Xatırladaq ki, az öncə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qardaşının da saxlanıldığı haqda informasiya yayılıb.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol