Avtomobil kanala düşdü, ər-arvad xəsarət aldı

21:42 - 29 Noyabr 2022 - GÜNDƏM

 Avtomobil kanala düşdü, ər-arvad xəsarət aldı

Sabirabadda avtomobil su kanalına aşıb, ər-arvad xəsarət alıb.

Buta.ws Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Məmişlər kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mersedes” markalı avtomobil yol sürüşkən olduğundan anidən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində Saatlı rayon sakinləri, 1965-ci il təvəllüdlü İsgəndərov Rafiq Zalər oğlu və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Musayeva Amaliya Abdin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol