Qarabağda itkin düşənlərin 80 faizi hərbçidir

19:34 - 29 Noyabr 2022 - GÜNDƏM

 Qarabağda itkin düşənlərin 80 faizi hərbçidir

Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşmüş şəxs kimi qeydə alınanların 80 faizi hərbçidir.

Buta.ws xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O söyləyib ki, Azərbaycan və Ermənistan arasında münaqişənin başladığı 1990-cı ilərdən ümumilikdə 4500 nəfər itkin düşmüş sayılır.

"1990-cı ildən bəri ümumilikdə qeydə alınan bu şəxslərdən 3800 nəfəri Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı və Bərdə ofisində qeydə alınıb. Bunlardan 80 faizi hərbçilərdir", - İ.Hüseynova bildirib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol