Sınaq imtahanlarını DİM bahalaşdırır - Ekspert

17:50 - 29 Noyabr 2022 - GÜNDƏM

 Sınaq imtahanlarını DİM bahalaşdırır - Ekspert

Kurslarda və digər sınaq imtahanı keçirilən yerlərdə qiymətlərin baha olmasının başlıca səbəbi Dövlət İmtahan Mərkəzinin (DİM) bazara təqdim etdiyi qiymətlərdir.

Bu sözləri Buta.ws-a açıqlamasında təhsil eksperti Kamran Əsədov sınaq imtahanlarının qiymətinin yüksək olması ilə bağlı danışarkən deyib.

“Qiymət artımına səbəb kimi kağız daşıyıcılarının qiymətinin qalxmasını və ya yeni model sualların yoxlanılmasını göstərirlər. Amma bunlar qiymətlərin artmasına səbəb ola bilməz.

DİM sınaq və qəbul imtahanlarının qiymətini 2016-cı ildən 2 manatdan 40-50 manata qədər artırdı. Bu da digər sınaq imtahanı keçirən qurumlara fürsət oldu. Hazırki qiymətlərə birbaşa DİM-in təqdim etdiyi qiymətlər təsir göstərir. Bu qurumlar kommersiya xarekterlidir. Hazırlıq kursları az xərc çəkib, çox gəlir əldə etmək istəyirlər. Əgər DİM sınaq imtahanlarının qiymətini ucuzlaşdırsa, bazarda qiymət ciddi şəkildə aşağı düşəcək ”,- ekspert bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol