Bu partiya Köçəryandan və parlamentdən ayrıldı

16:34 - 29 Noyabr 2022 - GÜNDƏM

 Bu partiya Köçəryandan və parlamentdən ayrıldı

“Dirçələn Ermənistan” partiyası ölkə parlamentindəki fəaliyyətini dayandırır.

Buta.ws xəbər verir ki, bu barədə partiya şurasının yaydığı məlumatda deyilir.

“Ermənistan” blokuna (Robert Köçəryanın rəhbərlik etdiyi koalisiya – red.) daxil olan partiyanın 4 deputatından üçü Vaqe Akopyan (partiyanın rəhbəri), Hripsime Stambulyan (sədr müavini) və Yelena Kirakosyan istefa ərizəsi yazıb. Partiyanın dördüncü üzvü, Assuriya icmasını təmsil edən Zemfira Mirzəyeva partiya üzvlüyünü müvəqqəti olaraq donduraraq parlamentdə fəaliyyətini davam etdirəcək. Belə bir qərar milli azlıqlara hörmətə əsaslanır və onların problemlərinin dilə gətirilməsinə və həllinə mane olmamaq məqsədi daşıyır”, - məlumatda deyilir.

Partiya küçə fəaliyyətini davam etdirəcək. “Dirçələn Ermənistan” “Ermənistan” blokuna və həmkarlarına birgə fəaliyyətlərinə görə təşəkkür edərək, qarşılıqlı fəaliyyətin gələcəkdə də davam edəcəyinə ümid etdiyini bildirib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol