Azərbaycanlı musiqiçi vəfat etdi

16:16 - 29 Noyabr 2022 - GÜNDƏM

 Azərbaycanlı musiqiçi vəfat etdi

Güney Azərbaycanın Qəzvin şəhərindən olan musiqiçi və ziyalı Möhsün Hüseyn Abfruş noyabrın 28-də 68 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, azərbaycanlı musiqiçi sənət dostları, ailəsi və yerli əhalinin iştirakı ilə Qəzvinin Beheşti Fatimə qəbiristanlığında dəfn olunub.

O, Qəzvində tanınmış musiqiçi və tar ifaçılardan olan sənətçi Əliəkbər xan Şahnazi və Huşəng Zərif kimi tanınmış musiqi ustalarından dərs alıb. Gənclik illərində televizya və radioda çıxış edən musiqiçinin fəaliyyəti islam rejimi qurulduqdan sonra məhdudlaşdırılıb.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol