Ankara: Bu əməliyyatı Rusiya ilə müzakirə etdik

15:32 - 29 Noyabr 2022 - GÜNDƏM

 Ankara: Bu əməliyyatı Rusiya ilə müzakirə etdik

Türkiyə Suriyanın şimalında və İraqda hava əməliyyatı apararkən Rusiya ilə müzakirə aparıb.

Buta.ws xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Tel-Rıfatda hava məkanına necə daxil olduq? Biz bunu (Rusiya ilə - red.) müzakirə etdik, hərəkətlərimizi əlaqələndirdik. Planlaşdırırıq, müzakirə edirik, əlaqələndiririk, hərəkətə keçirik”, - o bildirib.

Qeyd edək ki, Türkiyə noyabrın 20-də PKK-nın Suriya qanadına qarşı hava əməliyyatına başlayıb.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol