İran BMT-nin bu komissiyasından çıxarılır

14:54 - 29 Noyabr 2022 - GÜNDƏM

 İran BMT-nin bu komissiyasından çıxarılır

Dekabrın 14-də İranın BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılması məsələsi səsverməyə qoyulacaq.

Buta.ws xəbər verir ki, məsələ ilə bağlı qətnamə layihəsi ABŞ tərəfindən hazırlanıb.

“İranın siyasəti qadınların və qızların hüquqları və BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının missiyası ilə əsaslı şəkildə ziddiyyət təşkil edir. Bu layihə İranı qadınların hüquqlarını pozduğuna görə qınamaqla yanaşı, Tehranın 2022-ci ildən 2026-cı ilə qədər müddət üçün Komissiyadan çıxarılmasını tələb edir”, - qətnamə layihəsində bildirilib.

Qeyd olunub ki, BMT digər üzv dövlətlərin, o cümlədən İranın bu komissiyadan çıxarılmasına əvvəllər tərəddüd edən ölkələrin də rəylərini alıb.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol