Yeni ildə əfv olacaq? - Açıqlama

14:16 - 29 Noyabr 2022 - GÜNDƏM

 Yeni ildə əfv olacaq? - Açıqlama

Azərbaycanda əlamətdar günlərdə, xüsusən Yeni il ərəfəsində əfv sərəncamı imzalanır.

Bəs bu il də əfv sərəncamı gözlənilirmi?

Buta.ws xəbər verir ki, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Oxu.az-a açıqlamasında bildirib ki, mövcud praktikaya əsaslansaq, bu dəfə Yeni il ərəfəsində əfv sərəncamının olacağı gözlənilmir:

“Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamı olub. Eyni zamanda Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub və elan olunan Amnistiya Aktının icrası bu il mart ayının 5-də başa çatıb. Bu səbəbdən praktikaya dayanaraq növbəti əfv sərəncamının olacağı güman edilmir”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol