İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

13:42 - 29 Noyabr 2022 - GÜNDƏM

 İrandan ölkəmizə narkotik keçirilməsinin qarşısı alındı

Noyabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Buta.ws-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Keçirilən tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayon sakini, 1990-cı il təvəllüdlü Elçin Biləsuvar oğlu Niftəliyev saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 5 kiloqram 50 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol