Putin türk dövlətləri ilə “qaz birliyi” yaradır

12:26 - 29 Noyabr 2022 - GÜNDƏM

 Putin türk dövlətləri ilə “qaz birliyi” yaradır

Rusiya və Qazaxıstan liderləri Vladimir Putin və Qasım-Jomart Tokayev Kremldə keçirilən görüş zamanı Özbəkistanın iştirakı ilə qaz birliyinin yaradılmasını müzakirə ediblər.

Buta.ws xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

“Söhbət Qazaxıstan və Özbəkistan əraziləri vasitəsilə Rusiya qazının nəqlində addımları əlaqələndirmək üçün “üçtərəfli qaz birliyi”nin yaradılmasından gedir”, - o bildirib.

Jeldibayın sözlərinə görə, Putin və Tokayev bütün tərəflərin maraqlarını nəzərə almaqla, rasional həll yolu üçün ekspertlərin iştirakı ilə üçtərəfli məsləhətləşmələrin aparılması ilə bağlı razılığa gəliblər.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol