Naxçıvan gömrüyünə rəis Bakıdan göndərildi

12:22 - 29 Noyabr 2022 - GÜNDƏM

 Naxçıvan gömrüyünə rəis Bakıdan göndərildi

Naxçıvan Gömrük Baş İdarəsinə yeni rəis təyin edilib.

Buta.ws xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Yeni rəis özü ilə 30 əməkdaş da gətirib və artıq fəaliyyətə başlayıb. Hazırda onun əvəzedici olduğu, hələ rəis təyinatı almadığı bildirilir.

Vüqar adlı gömrük polkovnikinin Bakıdan göndərildiyi qeyd edilir.

Xatırladaq ki, ötən gün Prezidentin fərmanı ilə Naxçıvan Gömrük Komitəsi ləğv edilib, onun bazasında Baş İdarə yaradılıb.

Xəbər yenilənəcək...


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol