Ölkəmizin adını dəyişib, belə qoyaq - Deputatdan şok

11:52 - 29 Noyabr 2022 - GÜNDƏM

 Ölkəmizin adını dəyişib, belə qoyaq - Deputatdan şok

Azərbaycanda yeni konstitusiyanın qəbuluna ehtiyac olduğunu düşünürəm. Biz Bütöv Azərbaycanın cəmi 20 faizini təmsil edirik. Ancaq Azərbaycan adından imtina etməməliyik. Fikrimcə, ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bu, soydaşlarımıza stimul da verərdi.

Buta.ws xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat Cənubi və Şimali Koreya adlı iki dövlətin olmasını buna misal kimi göstərib:

“Dünya birliyi bilməlidir ki, Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən ikiyə bölünüb. Dünya ictimaiyyəti də bilər ki, biz ikiyə bölünmüş xalqıq”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol