Leyla Abdullayeva Fransanın XİN rəsmisi ilə görüşdü

00:20 - 29 Noyabr 2022 - GÜNDƏM

 Leyla Abdullayeva Fransanın XİN rəsmisi ilə görüşdü

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru Frederik Mondoloni arasında görüş olub.

Buta.ws xəbər verir ki, bu barədə azərbaycanlı diplomat Tvitter hesabında bildirib.

“Bu gün Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru cənab Frederik Mondoloni ilə açıq, səmimi və əhatəli dialoqumuz olub. Bu görüş və açıq fikir mübadiləsinə görə Mondoloniyə təşəkkürümü bildirirəm”, - L. Abdullayeva qeyd edib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol