İranda daha bir etnik edam edildi

14:18 - 28 Noyabr 2022 - GÜNDƏM

 İranda daha bir etnik edam edildi

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində Zəbir Zirkari edam edilib.

Buta.ws xəbər verir ki, 32 yaşlı bəluc məhkumun noyabrın 28-də narkotik maddələrin alverində günahlandırıldığı üçün dar ağacından asıldığı bildirilir.

Bu barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediasının məlumat yaymadığı vurğulanır.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlayıb.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol