Tehranda Azərbaycan əleyhinə konfrans keçiriləcək

13:52 - 28 Noyabr 2022 - GÜNDƏM

 Tehranda Azərbaycan əleyhinə konfrans keçiriləcək

Noyabrın 30-u Tehran Ali Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları Mərkəzi və Tehran Müasir Əbrar Araşdırmalar Müəssisəsinin birgə təşkilatçılığı ilə “Qafqazın gəlşəcəyinə baxış” adlı konfrans keçiriləcək.

Buta.ws xəbər verir ki, “Ermənistanın Qafqazın gələcəyində rolu, beynəlxalq və bölgədəki güclərin regionun gələcəyinə təsiri” mövzusunda keçirilən konfransa Ermənistanın Tehrandaki səfiri Arsen Avakiyan xüsusi qonaq kimi dəvət edilib.

Konfransın çıxışçıları əsasən illərdir Azərbaycan və Türkiyə əleyhinə məqalələr dərc edən ekspertlərdən ibarətdir. Həmçinin, Əmin Movəhdian, Məcid Kərimi, Əhməd Kazımi, Şüeyb Bəhmən və Siyamək Kakai bu konfransın çıxışçılarındandır.

Tədbirin müasir Əbrar Araşdırmalar Müəssisəsində saat 14:00-da baş tutması gözlənilir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol