Rusiyada əhali 40 dərəcə şaxtada istiliksiz qaldı

10:22 - 28 Noyabr 2022 - GÜNDƏM

 Rusiyada əhali 40 dərəcə şaxtada istiliksiz qaldı

Rusiyanın İrkutsk vilayətinin Artyomovsk qəsəbəsində su xəttinin kəsilməsi nəticəsində bütün evlər istiliksiz qalıb.

Buta.ws xəbər verir ki, bu barədə regionun qubernatoru İqor Kobzev məlumat verib.

“Vəziyyəti nəzarətdə saxlayırıq. Orada su xəttində qəza baş verib. Qəsəbədə fövqəladə vəziyyət elan olunub”, - Kobzev bildirib.

Onun sözlərinə görə, qəza yerində mühəndis briqadaları işləyir.

Qeyd edək ki, hazırda İrkutsk vilayətində havanın temperaturu mənfi 40 dərəcədir.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol