Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Tviter səhifəsində maraqlı paylaşım edib.
Buta.ws xəbər verir ki, səfir Gəncə ləhcəsi ilə “Ay lələ! İlk dəfə Gəncəyə gələndə Azərbaycana yeni gələn tələbə idim. İndi mən Britaniya səfiri və Azərbaycanın dostu kimi qayıdıram” sözlərini yazıb.
Qeyd edək ki, “Lələ” ifadəsi gəncəlilərin bir-birinə müraciət formasıdır və bu ifadə Azərbaycanda çox məşhurdur.