Çeçenistan sakini hərbçi anaları ilə görüşdə Rusiya Prezidenti Vladimir Putini qucaqlamaqdan imtina edib. Buna səbəb isə yerli adətlər olub.
Buta.ws xəbər verir ki, bu barədə rusiyalı jurnalist Pavel Zarubin Teleqram kanalında yazıb.
Jurnalist Putinin hərbçi anaları ilə görüşünün videosunu yayıb. Qadınlar Putinlə görüşsələr də, Çeçenistandan olan qadın, “Bizdə belə adət yoxdur” deyərək, prezidentlə görüşdən imtina edib.
Putin isə qadına, “Bilirəm” cavabını verib.