Rusiya Yaponiyaya hücum edəcəkdi – Rus casusdan şok

16:26 - 27 Noyabr 2022 - GÜNDƏM

 Rusiya Yaponiyaya hücum edəcəkdi – Rus casusdan şok

Ukrayadan əvvəl Kreml Yaponiya ilə hərbi münaqişəyə ciddi hazırlaşırdı.

Buta.ws xəbər verir ki, bu barədə “Nyusvik” nəşri Rusiya FTX-si ilə əməkdaşlıq edən şəxsin rusiyalı hüquq-müdafiəçisi və jurnalist Vladimir Oseçkinə martın 17-də göndərdiyi məktuba istinadla məlumat yayıb.

“Dəyişiklik küləyi” adı altında fəaliyyət göstərən casus yazıb: “Rusiya və Yaponiyanın kəskin qarşıdurma və hətta müharibə mərhələsinə qədəm qoyacağına inam yüksək idi. Nə üçün Ukrayna sonda müharibə üçün seçildi? Ssenari çox dəyişməyib”.

Nəşr yazıb ki, Yaponiya ilə münaqişə başlamazdan əvvəl oyuna Kremlin təbliğatçılari girməli idi. Onların rolu yaponlara qarşı nifrəti qızışdırmaq, onlardan “nasist” və “faşist” obrazını yaratmaq idi. Bu taktika sonda ukraynalılara qarşı tətbiq olundu:

“Rusiya hətta cəmiyyəti Yaponiya ilə müharibəyə hazırlamağa başladı. 2021-ci ilin avqustunda FTX İkinci Dünya müharibəsi zamanı Yaponiya xüsusi xidmət orqanlarının SSRİ vətəndaşlarına işgəncə verməsilə bağlı məlumatları məxfilikdən çıxarıb. İlk vaxtlar bu xəbər informasiya məkanında demək olar ki, nəzərə çarpmırdı, amma bir neçə gün ərzində təbliğat bu mövzunu qızışdırdı. Amma payızda yaponlar unuduldu. Moskva birdən-birə Yaponiya ilə döyüşmək fikrindən daşındı və Ukrayna üzərində dayandı. Bu dəyişikliyinin səbəbləri məlum deyil”.

Casus hətta Yaponiyaya hücum siqnalı gözləyən Rusiya helikopterlərinin dəqiq koordinatlarını da qeyd edib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol