Qərb Putinin hansı bunkerdə olduğunu bilir - Jdanov

15:52 - 27 Noyabr 2022 - GÜNDƏM

 Qərb Putinin hansı bunkerdə olduğunu bilir - Jdanov

Rusiya Prezidenti Vladimir Putin nüvə zərbəsi endirə və ya hansısa AES-i partlada bilməz.

Buta.ws xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Rusiya AES-lərin reaktorlarının partladılmasına getməyəcək, çünki bu plan 1-2 günə həyata keçirilə bilməz.

“Bu reaktorun partlaya bilməsi üçün onu kritik vəziyyətə gətirmək lazımdır. Bu zaman da bütün Qərb kəşfiyyat orqanları bundan xəbər tutacaq. Qərb də oturub Rusiyanın bu teraktı hazırlayacağını müşahidə etməyəcək. Onlar Putinin harada olduğunu, nə vaxt və hansı bunkerdə olduğunu bilirlər”, - Jdanov bildirib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol