Rusiya XİN başçısı Sergey Lavrovun Minskə 27-28 noyabr üçün nəzərdə tutulan səfəri ləğv edilib.
Buta.ws xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“26 noyabrda Belarus XİN rəhbəri Vladimir Makeyin gözlənilmədən vəfatına görə Rusiya və Belarus XİN arasında birgə iclas və Sergey Lavrovun Minskə planlaşdırılan səfəri ləğv edilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, 2012-ci ildən Belarus xarici işlər naziri vəzifəsini daşıyan Makey ötən gün 65 yaşında qəfildən ölüb. Ölümün rəsmi səbəbi açıqlanmayıb, media isə nazirin infarktdan dünyasını dəyişdiyini yazır.
Qoyun sürüsü: Valideynlər və müəllimlər arasında gərgin "WhatsApp danışığı - SƏS YAZISI
- Bu xəbərlərə də göz at
- Səudiyyə şahzadəsi vəfat etdi
- Erməni əsirliyində olan hərbçimizin anası danışdı: İnanırdım!
- Uşaqları kibertəhlükələrdən necə qorumaq olar?
- Finlandiya Rusiya ilə sərhədi nə zaman açacaq?
- Bu il türk ordusu 2 mindən çox terrorçunu məhv edib
- Ukraynaya yardım edəcəyimizə söz vermirik - ABŞ