Şəkidə avtomobil qaz xəttinə çırpıldı: xəsarət alan var

14:16 - 27 Noyabr 2022 - GÜNDƏM

 Şəkidə avtomobil qaz xəttinə çırpıldı: xəsarət alan var

Şəkinin Baş Göynük kəndində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Buta.ws Report-a istinadla xəbər verir ki, İzzət Həsənovun idarə etdiyi "Şevrolet-Niva" markalı avtomobil nasazlıq səbəbindən idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna, sonra isə divara çırpılıb. Nəticədə qaz xətti zədələnib, avtomobildə olan sərnişin, sürucünün həyat yoldaşı 31 yaşlı Aynurə Həsənova müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, qaz xəttinin zədələnməsi nəticəsində ətraf ərazidəki bir neçə evə təbii qazın verilişi dayandırılıb. Hazırda qaz xəttinin bərpası istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol