Türk dövlət başçıları Ankarada görüşəcək

13:02 - 27 Noyabr 2022 - GÜNDƏM

 Türk dövlət başçıları Ankarada görüşəcək

Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin toplantısı müzakirə olunacaq.

Buta.ws xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini - xarici işlər naziri Rəşid Meredov xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə 27-28 noyabrda Türkiyədə səfərdə olacaq.

Səfər zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli zirvə toplantısına ilkin hazırlıqlar da müzakirə olunacaq.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol